İsveç Ukraynada yenidənqurma layihələri üçün əlavə 6 milyon avro, həmçinin minalardan təmizləmə və nüvə təhlükəsizliyi üçün təxminən 1,5 milyon avro ayırır.

"Unikal" xəbər verir ki, bunu İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın bərpasına dair beynəlxalq konfransda İsveç nümayəndəsi bildirib.

O qeyd edib ki, fevral ayından başlayaraq İsveçin ümumi dəstəyi artıq 380 milyon avronu keçib.

"Və mən qürur hissi ilə bildirirəm ki, İsveç Ukraynanın bərpası üçün daha 6 milyon avro ayırır, bu vəsaitlər Ukrayna hökuməti və Aİ institutları ilə razılaşdırılaraq ödəniləcək ki, vəsaitlər ən prioritet sahələrə yönəldiləcək", - İsveç nümayəndəsi bildirib.