Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada müharibənin son 10 günündə 170 muzdlu döyüşçünün məhv edildiyini bildirib.

"Unikal" xəbər verir ki, Şoyqu paytaxt Moskvada hərbi rəsmilərlə görüşdə Rusiya və Ukrayna arasında davam edən müharibə ilə bağlı açıqlamalar verib. 

Rusiya qüvvələrinin Ukraynada irəliləməsi nəticəsində əcnəbi muzdlu döyüşçülərin və özəl hərbi şirkətlərin şəxsi heyətinin sayının azaldığını bildirən Şoyqu, “Son 10 gündə muzdlu döyüşçülərdən 170-i məhv edilib", - deyib. 

Qara dəniz və Azov dənizi sularında gəmilərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüklərini bildirən Şoyqu, "Mülki gəmilərin hərəkəti üçün 2 humanitar dəhliz yaratdıq. Limanın sularında mina təhlükəsi Mariupol tamamilə məhv edilib", - deyə qeyd edib. 

Ukraynanın Luqansk bölgəsini tamamilə ələ keçirdiklərini vurğulayan Şoyqu bu bölgədəki insanlara dəstək verdiklərini bildirib.

Gülayə  Mecid