Yəmənin cənubundakı Ebyan əyalətində silah anbarında partlayış baş verib.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.

Yerli sakinlər bildiriblər ki, müxtəlif silahlar, bombalar və partlayıcı maddələr olan anbarda baş verən şiddətli partlayış panikaya səbəb olub.