Ukraynada Rusiya işğalının başlanmasından bəri rus ordusu təxminən 115 min hərbçisini itirib. Burada həm ölülər, həm də yaralılar nəzərə alınır.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib. 

"Müharibənin 132 günü ərzində Rusiya ordusunun itkiləri 115 minə qədər ölü və yaralı olub. Ordu hissələri 36 min, özəl hərbi şirkətlər isə 12 minə qədər insan itirib. Rusiya canlı qüvvəsinin 35 faizini itirib", - Podolyak bildirib.

Ağarza Elçinoğlu