Finlandiyanın dövlət dəmir yolu operatoru VR Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyaları çərçivəsində Rusiya şirkətlərinə məxsus 800-ə yaxın yük vaqonunu ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

VR sözçüsü Taina Kuittunenin sözlərinə görə, hazırda ümumilikdə ələ keçirilən 800-ə yaxın yük vaqonu var.

"Mart ayında ölkə Rusiya Federasiyasından hərəkəti dayandırmaq qərarına gələndə 5000-ə yaxın Rusiya dəmir yolu vaqonunun Finlandiyada olduğu deyilirdi və VR onları geri göndərmək istəsə də, Finlandiya məhkəmə icraçıları onlardan bəzilərinin həbsinə göstəriş verdi", - deyə o,  bildirib.