Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Rusiya hərbi hissəsi silahlı şəxslər tərəfindən hücuma məruz qalıb. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə bu gün Bryansk vilayətinin Klintsı şəhərində baş verib. 

Qeyd olunub ki, 3 ədəd maskalı şəxs bölməyə hücum edib. Atışmadan sonra hücum edənlərdən biri yaralanıb. 

Bundan sonra naməlum şəxslər hadisə yerindən qaçıb. İndi onların axtarışı aparılır.

Ağarza Elçinoğlu