Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Türkiyənin F-16 tələbini dəstəklədiyini bildirib.

"Unikal" xəbər verir ki, Jean-Pierre gündəlik mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanla Madriddə keçirdiyi görüşdən sonra Baydenin F-16 satışı ilə bağlı müsbət açıqlamaları ilə bağlı bir qrup Demokratik Konqres üzvünün tənqidlərini dəyərləndirib.

F-16 ilə bağlı müzakirələrin bir müddətdir gündəmdə olduğuna diqqət çəkən Jean-Pierre, "F-16 mövzusunda çox açıq danışırıq. Bir neçə aydır ki, bunu danışırıq və Bayden bunu həqiqətən dəstəkləyir. Bundan başqa yeni heç nə yoxdur”. -deyə Ağ Ev sözçüsü bildirib. 

Qeyd edək iki, Madriddə keçirilən NATO Liderlər Zirvə toplantısında prezident Ərdoğanla görüşən Bayden iyunun 30-da keçirdiyi mətbuat konfransında Türkiyəyə F-16 döyüş təyyarələri satmaq lazım olduğunu və bunun üçün ABŞ Konqresindən razılıq ala biləcəklərini bildirmişdi.

Lakin ABŞ Nümayəndələr Palatasında bir qrup senator Baydenə göndərdikləri məktubda bu dəstəyi tənqid edib.

Gültəkin Ələsgər