Avropa qış mövsümünə qədər ən pis ssenariyə hazırlıqlarını davam etdirir.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen qitədəki vəziyyətlə bağlı açıqlamasında bildirib. 
Fon der Leyen enerji təchizatına toxunaraq, "Biz qaz təchizatını hər şeydən əvvəl Rusiyadan etibarlı təchizatçılara şaxələndiririk. Bizim səylərimiz artıq böyük fərq yaradır" deyib.

Von der Leyen, mart ayından bəri Rusiyadan Avropaya qlobal LNG ixracının 2021-ci ilə nisbətən 75 faiz, ABŞ-dan Aİ-yə LNG ixracının isə təxminən üç dəfə artdığını bildirib.

"Aİ qaz axınında gələcək fasilələrə, hətta Rusiya qazının tamamilə dayandırılmasına hazır olmalıdır deyən Komissiya sədri ixtisardan təsirlənən AB ölkələrinin sayının 12 olduğunu bildirib. Bu səbəbdən ayın ortasında fövqəladə vəziyyət planını açıqlayacaqlarını vurğulayıb:

"Tam elektrik kəsilməsi halında qazın ən çox ehtiyac duyulan yerə axmasını təmin etməliyik. Avropa həmrəyliyinə sahib olmalıyıq, ümumi bazarı qorumalıyıq" deyə  Ursula fon der Leyen qeyd edib. 

Gültəkin Ələsgər