ABŞ Çinlə yeni soyuq müharibəyə başlamaq niyyətində deyil.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van Yi ilə görüşü zamanı deyib.

"Amerika tərəfi Çinlə yeni soyuq müharibəyə can atmır, Çinin dövlət sistemini dəyişməyə çalışmır, eyni zamanda ÇKP-yə və onun siyasi roluna etiraz etməyəcək", - bəyanatda deyilir.