Türkiyə Silahlı Qüvvələri son 7 ildə 35 min 268 terrorçu zərərsizləşdirib. 

"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi rəhbərlərlə birgə sərhəd xəttində yoxlamalar zamanı bildirib.

“2015-ci il iyulun 24-dən bu günə qədər 35 min 268 terrorçu, Suiyanın və İraqın şimalında isə bu il başlayandan indiyədək 1 999, Pençe-Kilit antiterror əməliyyatı nəticəsində isə 277 terrorçu zərərsizləşdirilib. Terrorçuların hinlərini başlarına uçurmuşuq və bunu davam etdiririk”, - Hulusi Akar vurğulayıb.