Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Nikolayev şəhərinə 6 raket zərbəsi endirib.

"Unikal"  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat yayıb

O bildirib ki, raketlər S-300 qurğusundan atılıb və xoşbəxtlikdən ölən, yaxud yaralanan olmayıb.

Buna baxmayaraq, yaşayış evlərinə, özəl obyektlər zərbə nəticəsində tamamən dağılıb.