Pakistanın iqtisadi işlər naziri Serdar Ayaz Sadik tutduğu vəzifədən istefa verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazir Sadik şəxsi səbəblərdən vəzifəsini davam etdirə bilmədiyini bildirib və istefa ərizəsini Baş nazir Şahbaz Şərifə təqdim edib.

Bildirilib ki, Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) üzvü olan Sadik Pəncab əyalətində aralıq seçkilərdə öz partiyası üçün təbliğat aparacaq və buna görə də istefa verib.

Sadik 11 apreldə Şahbaz Şərif baş nazir olduqdan sonra İqtisadiyyat naziri kimi kabinetə daxil olub.

Xatırladaq ki, Pakistanda aprelin 10-da parlamentdə keçirilən etimad səsverməsi nəticəsində 174 əleyhinə səs toplayan İmran Xan hökuməti yıxılıb.

Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Gülayə  Mecid