İranlı rejissorlar Məhəmməd Rəsulof və Mustafa Əl-Əhməd həbs edilib.

"Unikal" xəbər verir ki, buna səbəb onların sosial şəbəkə hesablarında İrandakı polis zorakılığı ilə bağlı paylaşımları olub.

“İRNA” xəbər agentliyinin məlumatına görə, rejissorlar mayda Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Məhəmməd və Mustafa polis zorakılığına qarşı petisiya başladıblar. Sənəd İran kino ictimaiyyətinin daha 70 üzvü tərəfindən də imzalanıb.