Ukraynada Rusiyanın ələ keçirdiyi şəhərlərdə rus təhsil sisteminin qəbul edildiyi açıqlanıb, lakin ana dili ukrayna dili olan uşaqlar öz dillərində seçmə kurslar keçə bilərlər. Belə ki,  Rusiyanın Ukraynada zəbt etdiyi Xerson, Zaporojya və Mariupol şəhərlərində Rusiya təhsil sistemi mənimsənilir.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiyanın təhsil naziri Sergey Kravtsov  Ukraynanın Zaporojye vilayətinin ələ keçirilən Melitopol şəhərinə səfər edərək mühüm açıqlamalar verib.

Kravtsov bildirib ki, Ukraynada Rusiyanın ələ keçirdiyi şəhərlərdə tələbələr rus təhsil kurikulumu ilə təhsil alacaqlar, lakin ukraynalı tələbələr isteğe bağlı olaraq Ukrayna dilində təhsil ala bilərlər:

"Biz bunu əvvəllər də dəfələrlə demişik. Bir çox ortaq dillər var. Ukrayna ilə bizim kökümüz birdir. Ukrayna dili çox zəngin dildir.Ona görə də onu qəti şəkildə qadağan etmək olmaz”.

Tutulan şəhərlərdə təhsilini davam etdirən tələbələrin Rusiya diplomu alacağını bildirən Kravtsov, “Rusiya dövlətinin diplomları işğaldan azad edilən bölgələrdəki məktəb və kolleclərdə veriləcək”-  deyib. 

Rusiyanın daha əvvəl Ukraynada ələ keçirdiyi şəhərlərdə rus ordusu tərəfindən rus televiziya və radiostansiyaları yaradılıb.

Ələ keçirilən şəhərlərdə Rusiya sistemləri ilə inteqrasiya çərçivəsində təhsil, səhiyyə və sosial sahələrdə hazırlıqların yay boyu davam edəcəyi açıqlanıb.

Gülayə Mecid