Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna səfirlərinin işdən çıxarılmasını səbəbini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, ukraynalılara videomüraciətində danışıb.

"Mən bu gün Ukraynanın bəzi səfirlərinin vəzifədən azad edilməsi ilə bağlı fərmanlar imzaladım. Bu rotasiya məsələsi diplomatik praktikanın adi hissəsidir. Çexiya, Almaniya, Macarıstan, Norveç və Hindistana Ukraynanın yeni nümayəndələri təyin olunacaq", - deyə qurumun rəhbəri bildirib. 

Onun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin xətti ilə yeni namizədlər hazırlanır.

Gülayə  Mecid