Ukraynada Rusiya ordusunun genişmiqyaslı silahlı əməliyyatı zamanı yaralanan uşaqların sayı artır.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu öz Telegram səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci il iyulun 10-u səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı əməliyyatının qurbanlarının rəsmi sayı son sutka ərzində dəyişməyib - 347. Yaralıların sayı isə artıb - 648 uşaq.