"Roskomnadzor" Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə, Almaniyanın gündəlik "Die Welt" qəzetinin saytına girişi məhdudlaşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.  Bildirilib ki, www.welt.de saytına giriş iğtişaşlara, ekstremizmə və qanunsuz kütləvi aksiyalarda iştiraka çağırışların yer aldığı saytların bloklanması qaydalarına uyğun olaraq məhdudlaşdırılıb.