Rusiyada prezidentlə vidalaşa bilərlər. Təbii ki, Vladimir Putinin özü ilə deyil, sadəcə olaraq “prezident” termini ilə. Dövlət Duması hesab edir ki, ölkə başçısını “hökmdar” adlandırmaq daha yaxşıdır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bu barədə "FreeDom" layihəsinin süjetində deyilir. 

"Dövlət başçısı vəzifəsinin adı bizi həmişə çaşdırıb. İcra başçısı mənasında "prezident" termini ilk dəfə yalnız 18-ci əsrin sonunda ABŞ-da istifadə edilib. Bizdə isə tarixi standartlara uyğun olaraq, bu tamamilə yeni bir sözdür və kök alana qədər onu təhlükəsiz şəkildə "hökmdar" ilə əvəz etmək olar",  - Rusiya Dövlət Dumasının hesabatında deyilir. 

Belə ki, Rusiya Federasiyasında “prezident"in adının dəyişdirilməsi ideyası çoxdan yaranıb. Kreml Rusiya Konstitusiyasına dəyişiklik edilməsi və prezident vəzifəsinin  “ali hökmdar” adlandırılması təklifinə baxılacağını bildirib.

Gülayə Mecid