İyulun 14-də Milli Şura müxalifət fraksiyalarının deputatlarının səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə bağlı Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək üçün növbədənkənar iclas keçirəcək.

"Unikal" xəbər verir ki, bu  barədə erməni KİV-ləri məlumat yayıb. 

"Milli Şura sabah növbədənkənar iclas keçirərək 33 müxalifətçinin mandatdan məhrum edilməsi məsələsi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək", - deyə KİV-də  bildirilib. 

Qeyd edək ki, layihə “Ermənistan” və “Mənim namusum var” fraksiyalarının 33 deputatına aiddir. “Mənim Namusum var”dan Taquhi Tovmasyan və fraksiyadan çıxan istiqlalçı deputat İşxan Saqatelyanın adı həmin siyahıda yoxdur.

Gülayə Mecid