2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunamidən sonra Fukusima Elektrik Stansiyasında baş vermiş nüvə fəlakəti ilə bağlı hakim elektrik stansiyasını idarə edən "Tepco" şirkətinin dörd keçmiş rəhbəri təqsirli bilinib və onlara təzminat cəzası verilib.

"Unikal" xəbər verir ki, Tokio məhkəməsi zavodu idarə edən "Tepco"nun dörd keçmiş rəhbərini 13 trilyon yen (95 milyard dollar) təzminat ödəməyə məcbur edib.

Yaponiyanın NHK televiziyasının xəbərinə görə, "Tepco"nun keçmiş rəhbərləri lazımi tədbirləri görsəydilər, nüvə fəlakəti baş verməzdi.

"Tepco" səhmdarları tərəfindən açılan iddiada elan edilən hökm, keçmiş şirkət rəhbərlərinin nüvə fəlakətinə görə məsuliyyət daşıdığı ilk məhkəmə qərarıdır.

Tokio məhkəməsi 2019-cu ildə "Tepco" rəhbərlərini günahsız hesab edib, lakin bu qərar reaksiyalara səbəb olub.