Moskvada Rusiya Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbərinin müavini Andrey Quroviç saxlanılıb.

"Unikal"  xəbər verir ki, bu  barədə TASS məlumat yayıb. 

"Müstəntiqlər həbs-qətimkan tədbiri seçilməzdən əvvəl Quroviçi 48 saat saxlayıblar. O, Fövqəladə Hallar Nazirliyinin nazir müavini vəzifəsində sui-istifadə etməkdə şübhəli bilinir”, - deyə KİV bildirib.

Məlumata görə, Quroviçin evində axtarış aparılıb.

Bildirək ki, Rusiya prezidenti Vladimir Putin Andrey Quroviçi may ayında fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edib.

Gülayə  Mecid