Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin beşinci ayında muzdlulara təlim keçmək üçün Moskvada xüsusi hərbi hissə yaradılıb. 

"Unikal" xəbər verir  ki, bu barədə “Meduza” məlumat yayıb.  Bildirilir ki, hərbi hissə "Sobyaninsky alayı" adını alıb. 

Nəşrin yazdığına görə, bölmə qismən Moskva büdcəsindən maliyyələşir.

“Sobyanin alayı”na işə qəbul iyulun 1-dən başlayıb. İşə qəbul şərtlərinə uyğun olaraq 60 yaşdan aşağı kişilər yazıla bilər. Ukraynaya qarşı döyüşmək arzusunu nümayiş etdirənlərə ayda 200 min rubldan çox pul ödəyəcəkləri vəd edilir.

Ay ərzində muzdlular Mulino poliqonunda təlim keçəcək, daha sonra Ukraynaya göndəriləcəklər.

Gülayə  Mecid