İsrail və Yunanıstan Hərbi Hava Qüvvələri İsrail hava məkanında birgə təlimlər keçirib.

"Unikal" xəbər verir  ki, təlimlə bağlı İsrail Ordusunun sözçüsü yazılı açıqlama verib.

Bəyanata görə, İsrail Hərbi Hava Qüvvələri yunan tərəfdaşı ilə İsrail səmasında “müxtəlif ssenarilərlə, o cümlədən qabaqcıl hava döyüşləri ilə məşğul olmaq və Yunanıstan döyüş təyyarələrinin havadan havaya yanacaq doldurmasını həyata keçirmək üzrə” təlimlər keçirib.

Açıqlamada, təlimin iki ölkənin Hərbi Hava Qüvvələri arasında təcrübə mübadiləsi üçün zəmin və fürsət yaratdığı bildirilib.

Gülayə  Mecid