Haitinin paytaxtı Port-o-Prensində qruplar arasında baş verən qarşıdurmada onlarla insan ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İyul ayının 8-dən “G9” və “G-Pep” kimi tanınan iki rəqib dəstə arasında davam edən qarşıdurmalarda azı 50 nəfər ölüb, 50-dən çox adam yaralanıb.