ABŞ prezidenti Co Bayden Yaxın Şərq ziyarəti çərçivəsində İsrailə səfər edib.

"Unikal" xəbər verir ki, C.Baydenin regiona səfəri iyulun 13-dən 16-dək davam edəcək.

Bu müddət ərzində onun İsraillə yanaşı, İordanın Qərb sahilində və Səudiyyə Ərəbistanına səfəri nəzərdə tutulub.

Bu, Co Baydenin 2020-ci ildə ABŞ prezidenti seçildikdən sonra Yaxın Şərq regionuna ilk səfəridir.