Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ukraynadan kənd təsərrüfatı məhsullarının çıxarılması ilə bağlı təkliflərini təqdim edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov açıqlama verib.

“İstanbulda Rusiya Müdafiə Nazirliyinin nümayəndələri Ukrayna, Türkiyə və BMT nümayəndələrinin iştirakı ilə keçirilən dördtərəfli görüşdə Qara dəniz limanlarından taxılın çıxarılmasının təşkili ilə bağlı öz təkliflərini verib. Rusiya nümayəndə heyəti tərəfindən bu məsələnin praktik həlli ilə bağlı təkliflər paketi təqdim olunub” - o deyib.

Qeyd edək ki, bundan öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya və Ukrayna tərəfləri arasında taxıl ixracına dair razılaşmanın praktiki olaraq əldə olunduğunu iddia edib.

Rusiya diplomatik departamentindəki mənbələr həmçinin bildiriblər ki, İstanbulda keçirilən danışıqlarda Rusiya və Ukrayna tərəfləri arasında Ukraynadan taxıl ixracına dair konsensus çox yaxındır.