Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanda yağış mövsümünün olmamasına baxmayaraq leysan yağış və daşqın nəticəsində 9-u uşaq olmaqla 39 nəfərin həyatını itirdiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, daşqınlar nəticəsində 14 nəfər də xəsarət alıb.

Yağışların səbəb olduğu sürüşmə nəticəsində çoxlu sayda partlamamış hərbi sursat ortaya çıxıb. BMT mina və sursatların yaşayış məntəqələrindən çıxarılaraq məhv edildiyi barədə məlumat paylaşıb.

Ölkənin şərq bölgələri bir aydan az müddətdə üçüncü dəfə sel fəlakəti ilə üzləşərkən, iyun ayında iki gündür davam edən leysan yağışları nəticəsində 19 nəfər ölüb, 131 nəfər yaralanıb.

Nangarhar və Nuristan əyalətlərində 500-ə yaxın ailə daşqınlardan zərər çəkdiyi halda, bu bölgələrdə təxminən 800 hektar (2 min akr) kənd təsərrüfatı sahəsi məhv olub. 500-ə yaxın təsərrüfat heyvanı da tələf olub.Ötən ilin avqustunda ölkəni ələ keçirən Talibanın qurduğu hökumətin verdiyi açıqlamada son bir həftədə 12 əyaləti təsir edən yağışlar nəticəsində 63 nəfərin həyatını itirdiyi bildirilib.

Açıqlamada, ən çox itkilərin yaşandığı vilayətlərin Nuristan, Lağman, Loqar, Paktiya, Qazni, Meydan Vardak, Zabul və Uruzqan olduğu bildirilib və 12 mindən çox evin zərər gördüyü, 2-dən çox evin zərər gördüyü qeyd edilib. Fəlakət nəticəsində min heyvan tələf oldu.

İyunun 22-də ölkənin şərq əyalətlərində baş verən zəlzələ nəticəsində 1200-dən çox insan həlak olub.