Artıq Rusiyanın Ukraynanı parçalamaq və "onu xəritədən tamamilə silmək" niyyətində olduğuna heç bir şübhə olmamalıdır.

"Unikal" xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

Onun sözlərinə görə, Kremlin Donetsk və Luqansk vilayətlərinin, eləcə də Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərini qondarma "referendum" və ya Rusiyaya birləşmək haqqında fərman vasitəsilə ilhaq etmək cəhdi üçün zəmin hazırladığına dair işarələr artır.

Tomas-Qrinfild əlavə edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta "bu, Rusiyanın hərbi hədəfidir" deyib.

Ağarza Elçinoğlu