Moldova prezidenti Maia Sandu Rusiyanı işğal olunmuş Yelenovkada ukraynalı məhbusların qətliamında günahkar hesab edir.

"Unikal" xəbər verir ki, bu barədə prezident "Twitter"də qeyd edib. 

"Rusiyanın Yelenovkadakı islah müəssisəsində ukraynalı hərbi əsirləri qətlə yetirməsindən şoka düşdük və qorxduq. Ukraynaya qarşı bu əsassız müharibə beynəlxalq hüququn ciddi şəkildə pozulması və insan hüquqlarının pozulmasıdır. Biz onun hərəkətlərini qətiyyətlə pisləyirik", - Sandu bildirib.

Ağarza Elçinoğlu