Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı həlak olub.

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, daha 3 İraq vətəndaşı itkin düşüb.

Məlumatda qeyd olunur ki, İraq vətəndaşlarını daşıyan mikroavtobus Məşhəd yaxınlığında yerləşən Mayamidən Çenarək kəndinə gedərkən leysan yağışları və daşqınlar səbəbindən aşıb, avtobusda olanlardan 7 nəfər həyatını itirib.