"Barselona"da çıxış edən ulduz futbolçu Xerard Pike ayrıldığı sevgilisi Şakiradan övladları ilə bağlı şərt qoyub.

"Unikal" xəbər verir ki, Pike uşaqların ABŞ-a köçməsinə icazə vermək üçün Şakiradan borcunu ödəməsini istəyib.

Məşhur müğənni Şakira ilə uzun illərdir ayrılan Jerar Pikenin müğənnidən övladlarıxilə bağlı şərtlərini açıqlayıb. 

İspaniyanın Telemundo telekanalının məlumatına görə, Jerar Pike keçmiş sevgilisi Şakiraya övladları Saşa və Milananın ABŞ-a köçməsinə icazə vermək üçün iki şərt qoyub.

Əvvəlcə Şakira övladları Saşa və Milanı ziyarət etmək üçün ABŞ-a uçuşlarda ona birinci dərəcəli aviabilet almalıdır. İkinci tələbi Şakiranın ona borclu olduğu təxminən 400.000 dolları ödəməsidir.

Məşhur ikili üçün edilən bu böyük iddia sosial mediada gündəm yaradıb.