Həddindən artıq yüksək temperatur 2064 nəfərin ölümünə səbəb olub.

"Unikal" Madridiario  Karlos III Səhiyyə İnstitutunun məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çoxdur.

Araşdırmaya görə, təxminən 1300 nəfər 85 yaşdan yuxarı, daha 470 nəfər 75-84 yaş arasında, 176 nəfər 65-74 yaş arasında, 80-ə yaxın isə 45-64 yaş arasında olub. Bundan başqa, istidən 14 yaşına qədər on uşaq dünyasını dəyişib.

Adətən İspaniyada iyulda orta temperatur 24ºC-dir, lakin bu il ölkənin bəzi bölgələrində hava 45ºC-ə qədər isinib.

Context Europe Telegram kanalı xəbər verir ki, iyun ayında İspaniyada istilər səbəbindən 800-dən çox insan həyatını itirib .