Hindistanda meymun çiçəyi testİ müsbət çıxan kişi xəstəxanada vəfat edib.

"Unikal" “Indian Express” qəzetinə istinadən xəbər verir ki, 22 yaşlı gənc BƏƏ-dən qayıtdıqdan bir neçə gün sonra dünyasını dəyişib.

Bu, ölkədə ilk, Afrikadan kənarda isə dördüncü ölüm hadisəsini olub.

BƏƏ-dən gəldikdən dərhal sonra xəstə aktiv həyat tərzi keçirib və heç nədən şikayət etməyib. Lakin iyulun 26-da qızdırması qalxdığı üçün həkimə müraciət edib.

Qeyd edək ki, Hindistanda meymunçiçəyinə ilk yoluxma iyulun 14-də aşkar edilib.