Fransa "Meteo-Frans" Milli Meteorologiya Xidməti Fransada üçüncü anomal isti dalğası səbəbindən yüksək yanğın təhlükəsi barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, "Meteo-Frans" bazar ertəsindən etibarən bu dövr üçün ölkə daxilində temperaturun normadan yuxarı qalxacağını proqnozlaşdırır.

Bir çox yerlərdə temperatur 35 dərəcədən yuxarı olacaq. Ölkənin cənub-qərbində havanın temperaturu 39 dərəcəyə çata bilər.