Taliban qızların orta məktəblərdə təhsil almasına qoyduğu qadağanın qüvvədə qalacağı təqdirdə, qadınlar üçün universitet diplomu de-fakto qadağaya çevriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Talibanın sözçüsü və universitet rəsmiləri bildiriblər. 

Qeyd olunub ki, qızların ali təhsilə yazılmaq üçün lazım olan sənədləri və ya məktəbdən təxminən bir il sonra universitet kurslarına başlamaq üçün akademik imkanları olmayacaq.

"Yaxın aylarda qadınların ali təhsilə daxil olması üçün praktiki maneələr aradan qaldırılsa belə, səlahiyyətlilər onları səhiyyə və təhsil dərəcələri ilə məhdudlaşdırmağı da nəzərdən keçirir", - deyə Taliban rəhbərliyi ilə əlaqələri olan mənbə bildirib.

Ağarza Elçinoğlu