Sovet İttifaqının xaricdəki əmlakının üçdə birinin Ukraynaya verilməsi ilə bağlı Ukrayna tərəfinin bəyanatları beynəlxalq hüquq baxımından əsassızdır.

"Unikal" xəbər verir ki, bu barədə  bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyinin bəyanatında deyilir .

“Ukrayna rəsmilərinin bu cür bəyanatlarının beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur. Rusiya SSRİ-nin yeganə varisi ölkə kimi sovet borclarına görə məsuliyyəti öz üzərinə götürdü və onları tam ödədi - hətta 1994-cü il standartları ilə müqayisədə əhəmiyyətli məbləğ 110 milyard dolları.

Rusiya səfirliyi xatırladıb ki, bütün “keçmiş sovet respublikaları, o cümlədən Ukrayna, xarici borc yükü olmadan Sovet İttifaqından çıxdı. Rusiyanın Londondakı diplomatik nümayəndəliyi də vurğuladı ki, Rusiya Federasiyası xaricdəki bütün sovet daşınmaz əmlakına qanuni olaraq hüquqlar alıb.

Bundan əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev Rusiya Federasiyasından SSRİ-nin xarici əmlakının “ən azı” üçdə birini geri qaytarmağı tələb edir. Vadim Pristayko qeyd edib ki, söhbət keçmiş Sovet İttifaqının diplomatik mülkiyyətindən gedir. O zaman Rusiya qalan digər respublikalara borclarla bağlı problemləri öz üzərilərinə götürməyi, eyni zamanda da SSRİ-nin xaricdəki bütün əmlakına sahib olmağı təklif etmişdi. Pristaykonun sözlərinə görə, Ukrayna əvvəlcə bununla razılaşsa da, parlament buna razılıq verməyib. Ukrayna SSRİ-nin bütün sərvətinə ən çox töhfə verən respublikalardan biri kimi hansı əmlakdan söhbət getdiyinin açıqlanması barədə tələb irəli sürüb. Lakin Rusiya bu barədə hər hansı açıqlama verməyib, belə bir əmlakın harada yerləşdiyi və nə qədər smeta dəyərinə malik olduğuna dair məlumat açıqlamayıb.

“Biz Rusiyadan xaricdə olan əmlakın ən azı üçdəbirini qaytarmasını tələb edirik”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi hüquq firmalarının köməyi ilə məsələnin hüquqi detallarını öyrənir.

“Biz bu evlər haqqında bütün məlumatları, onların real dəyərini, statusunu, əmlakla bağlı hüquqların niyə Sovet İttifaqından Rusiyaya keçdiyini, ədaləti bərpa etmək üçün hansı hüquqi alətlərdən istifadə oluna biləcəyini öyrəndik... Bu iddianın məhkəmə perspektivi olduğu qənaətinə gəlsək, Ukrayna dövləti tərəfindən bu iddia qaldırılacaq”, - deyə Vadim Pristayko vurğulayıb.