Pakistanda general-leytenant Sərfaraz Əli də daxil olmaqla 6 ordu mənsubunu daşıyan hərbi helikopter yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, Pakistan polis rəsmiləri, Bəlucistandan Kəraçiyə hərəkət edən, içərisində bir qrup əsgərin olduğu hərbi helikopterin Lasbela bölgəsində qəzaya uğradığını açıqlayıb.

Pakistan ordusundan verilən açıqlamaya görə də general-leytenant Əli də daxil olmaqla 6 hərbçi həyatını itirib.

Qeyd edək ki, bir qrup hərbi qulluqçu, Bəlucistan əyalətində sel səbəbiylə başladılan yardım fəaliyyətlərini araşdırmaq üçün dünən vertolyotla bölgəyə səfər edib. 

Bəlucistanı tərk etdikdən 6 saat sonra ordu helikopterdən xəbər ala bilməyib və axtarış-xilasetmə əməliyyatına başlayıb.

Gülayə  Mecid 

***

Bəlucistanın Lasbela şəhərində baş verən daşqından xilasetmə əməliyyatlarında iştirak edən Pakistan ordusunun aviasiya helikopteri ilə əlaqə itib.

"Unikal" iran mediasına istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarədə 6 nəfər, o cümlədən Bəlucistanda baş vermiş daşqında xilasetmə əməliyyatlarına nəzarət edən 12-ci korpus komandiri olub.

Axtarış xilasetmə əməliyyatı aparılır.