Britaniyada  hava limanında güclü yanğın baş verib. 

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, yanğın “Hitrou” beynəlxalq hava limanı yaxınlığında baş verib.

Hadisə yerinə yanğınsöndürən helikopterlər, 15 texnika və 100-dən çox şəxsi heyət cəlb edilib.

Yanğının güclü olması səbəbindən ətrafa qatı tüstü yayılıb. Buna görə də, aeroportun bəzi uçuş-eniş zolaqlarının işində çətinliklər yaranıb.

Yerli hakimiyyət orqanları əhalidən evlərində qalmaları və pəncərələrini bağlamalarını xahiş edib.