ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi xüsusi təyyarəsi ilə Malayziyaya gedib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dövlət rəsmisini daşıyan təyyarə ölkənin Kral Hərbi Hava Qüvvələrinin Subanqdakı bazasına enib.

Spiker Malayziyada ölkə parlamentinin aşağı palatasının sədri Əzhər Əzizan Harun və Baş nazir İsmayıl Sabri Yaakobla görüşməyi planlaşdırır.

Qeyd edək ki, Pelosinin bundan sonra Tayvana səfər edəcəyi gözlənilir. 

Rəsmi Pekin isə bununla bağlı xəbərdarlıq edib. Bildirilib ki, mümkün səfər ABŞ-Çin münasibətlərinə xələl gətirəcək. 

Ağarza Elçinoğlu