Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna öz müstəqilliyi və ərazi bütövlüyü baxımından heç vaxt güzəştə getməyəcək.

"Unikal" xəbər verir ki,  bu barədə NHK telekanalına müsahibəsində  Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.

"Biz bu müharibədə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz baxımından heç vaxt güzəştə getməyəcəyik", - deyə o, ifadə edib. 

Yermak qeyd edib ki, qarşıdakı bir neçə ay döyüş meydanında Ukrayna qoşunları üçün həlledici olacaq.

Gülayə Mecid