Türkiyə ordusu "Fərat Qalxanı" bölgəsinə hücuma cəhd edən 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. 

"Terrorçuları xain ambisiyalarına çatmamış zərərsizləşdirməyə davam edirik. "Fərat Qalxanı" bölgəsinə hücuma cəhd edən 5 PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib. Mübarizəmiz davam edir və davam edəcək", - məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu