Əgər ABŞ Konqresi Rusiyanı "dünya terrorizminin sponsoru olan ölkə" elan etsə, o zaman Moskva ölkələr arasında diplomatik münasibətlərin kəsilməsinə təşəbbüs göstərə bilər. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, ABŞ-ın Rusiyanı terrora sponsorluq edən ölkələr siyahısına daxil edə biləcəyi ilə bağlı spekulyasiyalar Moskvanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra səslənməyə başlayıb. 

İyulun 21-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkeni hədələyib ki, Konqres tədbir görməsə, Rusiyanı təkbaşına sponsor ölkələr siyahısına salacaq.

Nəhayət, iyulun 27-də ABŞ Senatı Rusiyanın terrorizmin himayədarı olan dövlət kimi tanınmasını tələb edən qətnamə qəbul edib.

Ağarza Elçinoğlu