Amerikanın  paytaxtı Vaşinqtonda atışma baş verib.

"Unikal" xəbər verir ki, silahlı insident nəticəsində bir nəfər ölüb, 6 nəfərin yaralanıb.

Yerli polisin verdiyi məlumata görə, atəş səsləri eşidilən zaman ərazidə böyük bir qrup olub, lakin atışmanın motivi hələ də məlum deyil.

Polis qurbanların bir-birini tanıyıb-tanımamasının və ya atışmanın şəhərdə baş verən digər hadisələrlə bağlı olub-olmamasının aydın olmadığını bildirib.