İraqın şimal-şərqində yerləşən Türkmənlərin Karatəpə qəsəbəsinin Meşkul kəndindəki hərbi məntəqəyə İŞİD terror təşkilatı tərəfindən silahlı basqın edilib.

"Unikal" xəbər verir ki, yüngül silahların istifadə edildiyi hücumda 4 əsgərin şəhid olduğu, 4 əsgərin yaralandığı qeyd edilib.

Terrorçular hadisə yerinə göndərilən əlavə qüvvələri pusquya salıblar.

Hücumdan sonra itən təşkilat üzvlərinin tapılması üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.