ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini tənqid edib.

"Unikal" "Sky News"a istinadən xəbər verir ki, eks-dövlət başçısı Pelosini "dəli" adlandırıb və əlavə edib ki, siyasətçinin hərəkətləri yaxşı nəticələr verməyəcək. 

"O, həmişə problemdən başqa bir şey deyil. Onun etdiyi heç bir şey yaxşı bitmir", - Tramp bildirib.

Qeyd edək ki, Pelosi Asiya ölkələrinə səfəri çərçivəsində Tayvana da gedib. Bu da Çin ABŞ və Çinlə Tayvan arasındakı əlaqələrə zərbə vurub. 

Ağarza Elçinoğlu