İranın Tehran əyaləti başda olmaqla ölkənin böyük hissəsini təsir edən güclü yağışdan sonra meydana gələn sel fəlakətində həyatını itirənlərin sayı daha 14 cəsədin tapılması ilə 90-a yüksəlib.

"Unikal" xəbər verir ki, İranın Qızıl Aypara Cəmiyyətinin prezidenti Pir Hüseyn Kulivend İranın rəsmi agentliyi İRNA-ya verdiyi açıqlamada, son daşqınlarda həyatını itirənlərin sayının 90-a yüksəldiyini, 8 nəfərin isə itkin düşdüyünü bildirib.

İranın rəsmi mənbələrinə görə, ölkənin 24 əyaləti sel və yağışdan zərər çəkib. Daşqın nəticəsində ən böyük insan itkisi Tehran vilayətində baş verib.