Məğlub namizəd Ermənistan MSK-nı məhkəməyə verdi

“İrs” partiyasının lideri, prezidentliyə sabiq namizəd Raffi Ovannisyan Ermənistan İnzibati Məhkəməsində MSK əleyhinə iddia qaldırıb.

APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, iddiada Raffi Ovannisyan Serj Sərkisyanla bağlı tələbinin MSK tərəfindən rədd edilməsi qərarını qanunsuz hesab olunmasını istəyir.

Ovannisyan həmçinin MSK-nın üzərinə prezidentliyə namizəd Serj Sərkisyanın seçkiqabağı xərclərini, həmçinin 1600 seçki qərargahının saxlanması və təbliğat materiallarının hazırlanmasının bazar qiymətləri ilə hesablamalı olduğunu olduğuna dair öhdəlik qoyulmasını istəyir.