Rusiyada son sutka ərzində 14 638 nəfər koronavirusa yoluxub ki, bu da aprelin 6-dan bu yana qeydə alınan ən yüksək göstərici olub.

"Unikal"ın məlumatına görə, ötən gün 9 560 yoluxma qeydə alınmışdı.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,63 milyon nəfəri keçib.

Eyni zamanda son sutkada 43 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 48 nəfərə bərabər idi.

Rusiyada bu günədək koronavirusdan 382 560 nəfər vəfat edib.