Rusiya Silahlı Qüvvələri Lvov vilayətində Polşadan alınan silah və sursatların saxlandığı bazanı yüksək dəqiqlikli raketlərlə məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

"Yüksək dəqiqlikli uzaqmənzilli raketlər Lvov vilayətinin Radexiv kəndi yaxınlığında Polşadan Ukraynaya gətirilən silah və sursatların saxlanıldığı bazanı məhv edib", - Konaşenkov bildirib.

Ağarza Elçinoğlu