Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibə zamanı Rusiya cinayətləri barədə xəbərlər dünya üçün adi hala çevrilməməlidir.

"Unikal" xəbər verir ki, bunu Avstraliyada universitetlərin tələbələri və müəllimləri qarşısında çıxışı zamanı prezident Volodimir Zelenski bildirib. 

"Bu gün Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin 161-ci günüdür. Hər gün Rusiyanın yeni cinayətləri ilə bağlı yeni xəbərlər dünyanı şoka salır. Bu, dünya üçün adi hala çevrilməməlidir”, - dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, “Rusiyanın üzünü xilas edə bilməsi üçün biz zərif hərəkət etməliyik və Rusiyanı qəzəbləndirməməliyik”.